EN

Azərbaycanlı FİFA referisi İngiltərənin oyununa təyinat aldı

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Operativ Media xəbər verir ki, E.Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Çexiya – İngiltərə oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Simone Sozza yerinə yetirəcək.

İyunun 12-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək B qrupunun matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Chosen
71
10
operativmedia.az

10Sources