AZ

Elçin Məsiyev Çexiya – İngiltərə oyununda

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Msport.az xəbər verir ki, Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Çexiya – İngiltərə oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Simone Sozza yerinə yetirəcək.

İyunun 12-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək B qrupunun matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Seçilən
41
10
msport.az

10Mənbələr