EN

İsrail Qreta Tunberqi deportasiya etdi


İsrail hökuməti Fələstin xalqının fəal dəstəkçisi olan isveçli ətraf mühit fəalı Qreta Tunberqi deportasiya edib.
Yeniavaz.com
xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində fəalın təyyarədəki fotolarını və Qreta Tunberqin Fransa üzərindən İsveçə getdiyini bildirən qısa mətni dərc edib.
Qeyd edək ki, Tunberq bir neçə ölkədən olan digər 11 fəalla birlikdə iyunun 9-da Aralıq dənizində İsrail qüvvələri tərəfindən ələ keçirilən kiçik “Madlin” gəmisində olub.
Fələstin xalqına dəstək verən gəmi iyunun 1-də Siciliyanı tərk edib. Fəalların sözlərinə görə, onlar İsrailin dəniz blokadasını qırmaq və Qəzza zolağına humanitar yardım çatdırmaq niyyətində olublar.
İsrail hökuməti fəalların hərəkətlərini HƏMAS-a dəstək üçün “ictimaiyyətlə əlaqələr şousu” kimi qiymətləndirib. İsrail Xarici İşlər Nazirliyi gəmini “selfie yaxtası” adlandırıb.
Chosen
65
yeniavaz.com

1Sources