EN

İsrail müdafiə naziri husilərə xəbərdarlıq etdi

BAKI, 10 iyun. TELEQRAF

İsrail Hərbi Dəniz Qüvvələrinin Yəmənin Xudeyda limanına zərbələrindən sonra İsrail müdafiə naziri İsrael Katz husilərə ölkəsinə hücumları dayandırmasalar, dəniz və hava blokadası ilə üzləşəcəkləri barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

“İsrailin hava və dənizdəki uzun qolu hər yerə çatır”, - İ.Katz bildirib.

Müdafiə naziri husi qruplaşmasının İsrail ərazisinə raket atmağa davam edərsə, güclü cavab alacağını vurğulayıb və növbəti zərbələr endiriləcəyinə söz verib.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Avicay Adri bundan əvvəl husilərin Xudayda dəniz limanındakı hərbi hədəflərinin məhv edildiyini açıqlamışdı.

Chosen
96
50
teleqraf.com

10Sources