EN

Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ

Bakı Ali Neft Məktəbinin (BANM) mühəndislik fakültəsinə yeni dekan müavini təyin edilib.
 
BANM-ın yeni dekan müavini Ramil Şükürov hərbi xidmətdən yeni qayıdıb. O bundan əvvəl də bir müddət universitetdə müəllim kimi fəaliyyət göstərib.
 
R. Şükürov 2013-cü ildə DİM qəbul imtahanından 652 bal toplayaraq BANM-ın Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasında bakalavr təhsili almaq hüququ qazanıb.
 
2018-ci ildə Ali Məktəbimizi fərqlənmə diplomu ilə bitirib və həmin ildə DİM-in imtahanından 150 üzərindən 140 bal toplayaraq BANM-in Texniki sistemlərdə informatika və idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil almaq imkanı qazanıb.
 
2 illik magistr təhsilini də fərqlənmə diplomu ilə bitirib.
 
Karyerasına magistr təhsili müddətində BANM-in Elektron tədris şöbəsində metodist vəzifəsində işə başlayıb.
 
Bir müddət sonra İnformasiya Texnologiyaları kafedrasında müəllim olaraq fəaliyyətini uzun müddət davam etdirib.
 
Daha sonra baş müəllim vəzifəsinə təyin edilib.
 
2019-cu ildə ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edib.
ICPC 2022/2023 - Azərbaycan regional yarışı; 1/4 final mərhələsi üzrə rəhbərlik etdiyi BHOS1 komandası qalib gələrək Gürcüstanda keçirilən yarımfinala vəsiqə qazanıb.
 
2022-ci ildə “TEKNOFEST ” layihəsi çərçivəsində keçirilən “Həvəskar Peyk Modelləşdirilməsi” yarışında rəhbərlik etdiyi İstiqlal komandası 1-ci yerə layiq görülüb.
 
Ramil Şükürov BANM-ın doktoranturasında təhsilini davam etdirir, yaxın zamanlarda elmi müdafiəsinə hazırlaşır.
N saylı hərbi hissəsində hərbi xidmətini uğurla başa vuraraq baş əsgər rütbəsi alıb.
 
Hərbi xidmətdən sonra isə BANM-nin Mühəndislik fakültəsinin dekanlığına dekan müavini təyin olunub. /Modern.az/
 
Chosen
94
46
moderator.az

10Sources