EN

"Mançester Yunayted" 10 futbolçu ilə yollarını ayırdı

"Mançester Yunayted" 10 futbolçusu ilə yollarını ayırıb.

90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, bu siyahıya əsas komandanın 4, akademiyanın isə 6 üzvü daxildir.

Əsas heyətdən dörd futbolçu – Kristian Eriksen, Conni Evans, Viktor Lindelöf və Tom Hitonla müqavilənin müddəti başa çatdığı üçün klubdan ayrılırlar. Bununla belə, 39 yaşlı qapıçı Tom Hitonun gələcəyi hələ tam müəyyənləşməyib – klub onunla yeni müqavilə imzalanması üçün danışıqları davam etdirir.

Qeyd edək ki, “qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının geridə qalan mövsümünü 15-ci pillədə tamamlayıb.

Chosen
94
12
90deqiqe.az

10Sources