EN

Bu dönərxanada bir ayda ikinci kütləvi zəhərlənmə baş verdiVİDEO

Naxçıvanda dönərdən kütləvi zəhərlənmə baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən dönərxanada baş verib.

17 nəfər qida zəhərlənməsi şikayəti ilə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə müraciət edib. Bildirilib ki, bu, son 1 ay ərzində həmin dönərxanada ikinci zəhərlənmə halıdır.

Xəstəxanadan o da bildirilib ki, zəhərlənmə şikayəti ilə daxil olan müraciətlərin sayı daha çox olub.

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baş vermiş hadisə ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Qeyd edək ki, daha əvvəl də sözügedən dönərxanada kütləvi zəhərlənmə olmuşdu. Həmin vaxt 7 nəfər qida zəhərlənməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
97
37
xezerxeber.az

10Sources