EN

Millimiz Avropa Gümüş Liqasının “4-lüy”ündə

Kişi voleybolçulardan ibarət yığmamız Avropa Gümüş Liqasının açılışından sonra ümumi hesabda 4-cü yerdə qərarlaşıb.

"Football-plus.az" xəbər verir ki, komanda İsveçin Umea şəhərində start götürən turnirdə əvvəlcə meydan sahiblərinə uduzsa da (0:3), Gürcüstanı məğlub (3:0) edib.

Üç xal qazanan Fərid Cəlalovun komandası yalnız üçüncü yeri tutan Avstriyaya set fərqi ilə uduzub.

Qeyd edək ki, millimiz turnirin növbəti mərhələsini evdə keçirəcək. Yığmamız Bakıda iyunun 13-də Lüksemburqu, ayın 15-də isə Macarıstanı qəbul edəcək.

Chosen
87
46
football-plus.az

10Sources