EN

Azərbaycan millisinin qənimi Millətlər Liqasının bombardiri oldu

Ötən gecə Millətlər Liqası-2024/25 turnirinin final oyunu baş tutub. Həlledici qarşılaşmada Portuqaliya yığması İspaniyanı penaltilər seriyasında 5:3 hesabı ilə məğlub edərək (əsas vaxt 2:2) turnirin qalibi olub.

Publika.az xəbər verir ki, Millətlər Liqasının bombardiri isveçli futbolçu Viktor Qyökereş olub. O, 9 qol vurub. Onun komandası C Liqasının 1-ci qrupunda Slovakiya, Estoniya və Azərbaycanla birgə mübarizə aparıb. Mübarizənin yekununda İsveç yığması B Liqasına yüksəlib.

Viktor bu qollardan 5-i Azərbaycan millisinin qapısından keçirib. Bakıda keçirilən ilk görüşdə (3:1) bir dəfə fərqlənən isveçli forvard vətənindəki qarşılaşmada (6:0) poker edib.

Chosen
77
50
publika.az

10Sources