EN

Almaniya ordusu 2028-ci ilə qədər Rusiya ilə münaqişəyə hazırlaşır

​BAKI, 8 iyun. TELEQRAF

Almaniya 2028-ci ilə qədər Rusiyayla mümkün münaqişəyə hazır olmaq üçün yenidən silahlanma planını həyata keçirməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya Silahlı Qüvvələrinin satınalmalar idarəsinin prezidenti Annet Leniq-Emden deyib.

O bildirib ki, bizim üçün vaxt cəmi üç ildir:

"2028-ci ilə qədər tam müdafiə hazırlığı üçün lazım olan bütün avadanlıqlar alınmalıdır. Hərbçilər yeni texnikadan istifadə etmək üçün təlim keçməlidirlər. İdarəmizdə bunu etmək istəyinin ruhu artıq mövcuddur. Biz bunu satın alacağıq! Bu, hazırda bizim şüarımızdır”.

Leniq-Emden əlavə edib ki, Rusiyanın 2029-cu ilə qədər NATO ölkələrinə hücum edə biləcəyi və ya buna hazır olduğu ehtimal edilir.

Chosen
214
21
teleqraf.com

10Sources