EN

Meksikadan ABŞ-yə etiraz- BƏYANAT

BAKI, 8 iyun. TELEQRAF

Meksika ABŞ-nin Los-Anceles şəhərində miqrantların kütləvi saxlanmasından dərin narahatdır.

Teleqraf xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

"Meksika Xarici İşlər Nazirliyi İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən ABŞ-nin müxtəlif şəhərlərində həyata keçirilən son əməliyyatlardan dərin narahatlığını ifadə edir ", - bəyanatda deyilir.

Meksika hökuməti ümid edir ki, ABŞ hakimiyyət orqanları miqrasiya prosedurlarını ciddi şəkildə qanun çərçivəsində və miqrantlara lazımi hörmətlə aparacaq.

"The Washington Post" yazır ki , Tramp administrasiyası ABŞ-də olan 200 mindən çox ukraynalı da daxil olmaqla yüz minlərlə miqrantı deportasiya etmək planı hazırlayıb. Sudan , Əfqanıstan , Yəmən , Liviya və digər ölkələrin vətəndaşları da deportasiya edilə bilər.

ABŞ Ali Məhkəməsi daha sonra Donald Tramp administrasiyasına Co Baydenin dövründə başladılan proqramlar çərçivəsində ölkəyə daxil olan miqrantları deportasiya etməyəicazə verib.

Chosen
107
19
teleqraf.com

10Sources