EN

Bakıda marketdən pul oğurlandı

Bakı.Trend:

Bakının Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 1900manat dəyərində televizor və müxtəlif məişət əşyalarıoğurlanıb.

Trend Daxiliİşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu RPİ 14-cü PolisŞöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdəşübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Ə.Kərimovsaxlanılıb.

Bundan başqa, Binəqədi rayonunda bir nəfərə məxsus avtomobildən450 manat pul və sənəd, Yasamal rayonunda isə bir marketdən 2000manat oğurlamaqda şübhəli bilinən 39 yaşlı R.Məmmədov və 38 yaşlıA.Balaşov da saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Chosen
101
50
az.trend.az

10Sources