EN

Aİ süni intellekt haqqında qanunun bəzi müddəalarının qəbulunu gecikdirə bilər

Avropa İttifaqı (Aİ) texniki standartların və təlimatların hazırlanmasında gecikmələrə görə süni intellekt haqqında qanunun bəzi müddəalarının qəbulunun gecikdirilməsi imkanını nəzərdən keçirir.

"Report"un "Politico"ya istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının icraçı vitse-prezidenti Henna Virkkunen Aİ-nin rəqəmsal inkişaf nazirlərinin Lüksemburqda keçirilən görüşündə deyib.

İlk dəfə 2023-cü ilin dekabrında Aİ-yə bütün üzv dövlətlər tərəfindən razılaşdırılan süni intellekt qanunu, dünyada bu sahənin texnologiyalarını tənzimləməyə yönəlmiş ilk akt oldu. Sənəd normaların mərhələli şəkildə qüvvəyə minməsini nəzərdə tutur - ilk məhdudiyyətlər artıq fevraldan qüvvədədir, növbəti əsas tarixlər 2025-ci ilin avqustu və 2026-cı ildir.

"Əgər standartlar və təlimatlar vaxtında hazır deyilsə, qanunun bəzi hissələrinin təxirə salınmasını istisna etməməliyik", - Virkkunen vurğulayıb.

Bir çox şirkət qanunun tələblərinə əməl etmək üçün əlavə dəqiqləşdirmələr və texniki reqlamentlər gözləyir. Qanun bir sıra yüksək riskli ssenarilərdə süni intellektdən istifadəni yasaqlayır, həmçinin potensial zərəri azaltmaq üçün süni intellekt sistemlərinin tərtibatçıları və istifadəçiləri üçün bir sıra öhdəliklər təqdim edir.

Chosen
156
50
report.az

10Sources