EN

Rəsul Çunayev üçüncü dəfə məzun oldu

Azərbaycan millisinin sabiq yunan-Roma güləşçisi, olimpiya mükafatçısı, dünya çempionu və I Avropa Oyunlarının qalibi olmuş Rəsul Çunayev üçüncü dəfə ali təhsil alıb.

AzEdu.az xəbər verir ki, sabiq güləşçi bu barədə şəxsi sosial şəbəkə hesabından paylaşım edib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bələdiyyə idarəetməsi üzrə ixtisasını uğurla başa vurub.

Qeyd edək ki, Rəsul Çunayev daha öncə Azərbaycan İdman Akademiyasını bitirib və Bakı Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub.

Chosen
68
37
azedu.az

10Sources