Ajans.az Lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Bryansk vilayətində körpüdə törədilən terror aktları nəticəsində yaralananlara şəfa diləyib. Dövlət başçısının müraciəti Kreml tərəfindən Telegram -da yayımlanan hökumət üzvləri ilə görüşündə səsləndirilib. Videokonfrans zamanı tibb müəssisələrindən birində olan Rusiyanın səhiyyə naziri Mixail Muraşko yaralıların vəziyyəti ilə bağlı məruzə edib. “Mən bütün qurbanların, o cümlədən hazırda sizin olduğunuz palatada olanların tezliklə sağalmasını arzulayıram”, – Putin ona deyib. Dövlət başçısı həmçinin Bryansk vilayətində baş vermiş terror aktı nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.