NATO artıq Zelenskinin terror fəaliyyətlərində iştirak edir- ZAXAROVA
Ajans.az xəbər verir ki, diplomat Kiyev rejimi başçısının Rusiya ərazisinə dərin zərbələr endirmək niyyəti ilə bağlı son bəyanatını şərh edib. Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Zelenski NATO ilə Rusiyada mülki şəxslərə və mülki infrastruktura qarşı birgə terror konsepsiyasını elan edib. “İndicə mən bu videoya baxdım, NATO-nun verdiyi hər şeylə Rusiyanın dərinliklərinə zərbələr endirəcəklərini dedi: “Yəni, artıq Zelenski NATO-nu aktiv terror fəaliyyətinə cəlb edib”, - deyə o, yekunlaşdırıb.