EN

Şahzadə Harri anasının soyadına keçmək istəyir

Şahzadə Harri Britaniya kral ailəsinin üzvlərinin istifadə etdiyi Mountbetten-Vindzor soyadından imtina etməyi və anası Şahzadə Dianadan miras qalan Spenser soyadına keçməyi düşünür.
 
Bu barədə "Daily Mail" öz mənbələrinə istinadən məlumat yayıb.
 
Nəşr bildirir ki, Harri bu yaxınlarda Böyük Britaniyaya səfəri zamanı bu məsələni Diananın qardaşı Çarlz Spenserlə müzakirə edib.
 
O, övladları Arçi və Lilibetin artıq Mountbetten-Vindzor soyadını daşımalarına baxmayaraq, öz soyadını dəyişməsinin necə rəsmiləşdirilə biləcəyi ilə maraqlanıb.
 
Eyni zamanda dayısının qardaşı oğluna belə bir addım atmağa tələsməməyi tövsiyə etdiyi bildirilir.
 
Mənbələrin sözlərinə görə, belə bir qərar Harrinin atası Kral III Çarlzı ciddi şəkildə incidə bilər.
 
Nəşr onu da qeyd edir ki, belə şəxsi mövzunun ailədən kənar müzakirəsi də şahzadə ilə monarxiya arasında ciddi fikir ayrılıqları olduğunu göstərir.
 
Xatırladaq ki, may ayında şahzadə Harri Britaniya televiziyasına müsahibəsində qohumları ilə münasibətləri yaxşılaşdırmaq istəyindən danışıb. O, atası ilə barışmaq istədiyini də dilə gətirib.
Chosen
195
26
moderator.az

10Sources