EN

Ümid edirəm ki, Amerika sanksiya tətbiq edəcək- Zelenskidən AÇIQLAMA

Ajans.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesabında yazıb. O bildirib ki, hər gün müttəfiqlərlə əlaqə saxladığını bildirib. Ukrayna Prezidenti yazıb ki, hazırda rusların İstanbula hansı təkliflərlə gedəcəyi ilə bağlı dəqiq məlumat yoxdur: "Bu barədə nə bizdə, nə digər tərəfdaşlarda, nə də Türkiyədə, nə də ABŞ-da məlumat var. Bu da çox qeyri-ciddi təsir bağışlayır". V.Zelenski dünən Türkiyə prezidenti Ərdoğanla bu mövzuda danışdığını da vurğulayıb.

O qeyd edib: "Təbii ki, dünyada hamı istəyir ki, diplomatiya işləsin və atəşkəs bərqərar olsun. Hamı istəyir ki, Rusiya diplomatiya oyunundan imtina etsin və müharibəni bitirsin. Hamı dayanıqlı sülh istəyir və Rusiya buna getməlidir. Gündəmdə bu olmalıdır. Mən öz təkliflərimi vermişəm. Ümid edirəm ki, Amerika tərəfi də qətiyyət göstərəcək və sülhə yardım etmək üçün iqtisadi sanksiyalar tətbiq edəcək".

Chosen
3
50
Ajans.az

10Sources