BAKI, 31 may. TELEQRAF
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində, sənaye kompleksində güclü yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
İlkin məlumatlara görə, ayaqqabı anbarı yanır.
Hadisə şahidləri bildirirlər ki, bir neçə il əvvəl də bu ərazidə böyük yanğın olub.
İndi tüstü şəhərin müxtəlif yerlərindən görünür və onu Moskvanın bir sıra rayonlarının sakinləri də müşahidə edirlər.
Ehtimallara görə, yanğının sahəsi min kvadratmetri keçə bilər. Hadisə şahidlərinin sözlərinə görə, partlayış səsləri də eşidilir. Qaz balonlarının partladığı ehtimal edilir.
Hadisə yerində bir neçə yanğınsöndürmə briqadası işləyir.