AZ

Rusiyada zavodda güclü yanğın başlayıb

Rusiyanın Sankt-Peterburq şəhərində "Piqment" boya zavodunda güclü yanğın başlayıb...

Oxu.Az bu barədə Gazeta.ru-ya istinadla xəbər verir.

Yanğının şəhər kənarında, Yani̇no-1 yaşayış məntəqəsində yerləşən zavodda başladığı bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, potensial təhlükəli qara tüstü sütunu bir neçə kilometr məsafəyə yayılıb.

Məlumata əsasən, yanğının episentri "Piqment" elmi-istehsalat kompleksinin ərazisində yerləşən iki anbar olub. Burada kimyəvi maddələrin, xüsusilə də tezalışan mayelərin saxlanıldığı qeyd olunur. Hadisə zamanı beş avtomobil tamamilə yanıb, alovun yaxınlıqdakı iki digər anbara keçmə riski qalmaqdadır.

Hazırda əraziyə yeddi yanğınsöndürmə texnikası və müvafiq xidmət əməkdaşları cəlb olunublar. Mütəxəssislərin bildirdiyinə görə, zavodda 500 tonadək tezalışan kimyəvi maddənin olduğu ehtimal edilir.

Hadisəyə yanğınsöndürmə xidmətləri tərəfindən ikinci dərəcəli mürəkkəblik statusu verilib. Yanğının səbəbləri və dəymiş ziyanın miqyası müəyyənləşdirilir.

Poliqon.info

phrase_var_article.chosen
162
45
poliqon.info

3phrase_var_article.sources