“Zirvə görüşündə qəbul edilmiş qərarlar dost və qardaş ölkələrin ən müxtəlif sahələrdə əməkdaşlığında yeni mərhələ açacaq.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yeni çağırışlara uyğun davam etdirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqillik yollarında bundan sonra da inamla addımlayacaq və yeni uğurlara imza atacaqdır. Müstəqillik Günü münasibəti ilə Azərbaycan Prezidentinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbrik məktubları ünvanlanıb”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Laçın Beynəlxalq Hava Limanının açılışı ilə bağlı parlamentin plenar iclasında çıxışı zamanı bildirib.
Sədr Prezident İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müstəqillik Günündə açılışda iştirakına xüsusilə diqqət çəkib. O, qeyd edib ki, Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə inşa edilmiş üçüncü beynəlxalq hava limanıdır. Strateji əhəmiyyət daşıyan bir ərazidə hava limanının açılması ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın yeni milli hədəflərə doğru inamla irəlilədiyini və qardaş Türkiyə ilə strateji müttəfiqlik əlaqələrinin sarsılmazlığını nümayiş etdirdi.
S.Qafarova Müstəqillik Günündə Laçında Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşünə toxunub. “Bu görüş ortaq dəyərləri bölüşən üç dost və qardaş ölkənin strateji birliyinin yeni bir təzahürü oldu”, - sədr deyib.