COP29 sədrliyi Braziliyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasına (COP30) hazırlıq çərçivəsində Braziliya və Konvensiya katibliyi ilə sıx əməkdaşlıq edərək bir sıra tədbirlər təşkil edir və əsas məsələlərin müzakirəsini başladır.
Bu barədə “Report”un Qazaxıstan bürosunun sualına cavab olaraq Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev bildirib.
"Biz COP29 komandası COP30-a fəal şəkildə hazırlaşırıq. Bu ilin noyabr ayına qədər COP-a sədrlik Azərbaycana məxsusdur. Müvafiq olaraq, Braziliya tərəfi və Konvensiya katibliyi ilə birlikdə çox sayda tədbirlər, çox sayda məsələlər həyata keçiririk", - M.Babayev qeyd edib.