EN

"Brent" markalı neftin qiyməti mayın 21-dən bəri ilk dəfə 66 dolları keçib

BAKI, TurkicWorld

2025-ci ilin avqust ayı üçün çatdırılması nəzərdə tutulan "Brent" markalı neftin fyuçerslərinin qiyməti Londonun ICE birjasında mayın 21-dən bəri ilk dəfə 66 dolları keçib.

TurkicWorld xəbər verir ki, bu barədə ticarət məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 10:36-da "Brent" neftinin qiyməti 1,59 faiz artaraq 66,01 ABŞ dollarına çatıb.

Saat 10:52-yə olan məlumata görə isə, "Brent"in fyuçersi artım tempini bir qədər azaldaraq 66 dollar səviyyəsində sabitləşib. Eyni zamanda, iyul ayı üçün nəzərdə tutulan "WTI" markalı neftin fyuçersi 0,46 faiz artaraq bir barrel üçün 62,95 dollara qalxıb.

Ekspertlər qiymət artımını bazarda təklifin məhdudlaşması ehtimalları və geosiyasi gərginlik fonunda tələbin davamlılığı ilə əlaqələndirirlər.

Chosen
112
9
turkic.world

8Sources