EN

ABŞ və Aİ sanksiya əməkdaşlığında razılığa gələ bilmədi– ÖZƏL

Olaylar.az xəbər verir ki, Zeitung qəzetinin Almaniya Xarici İşlər Nazirliyinin daxili hesabatına istinadən yazdığına görə, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların pozulmasının qarşısını almaq üçün birgə tədbirləri razılaşdırmaq cəhdləri nəticə verməyib.

Qəzet Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O Sallivanın fikirlərinə də yer verib. O, Vaşinqtonla Brüssel arasında koordinasiyanın dayanmasından təəssüfləndiyini bildirib və bunun "ortaq fəaliyyətin" olmamasına səbəb olduğunu vurğulayıb.

Jurnalistlərin qeyd etdiyinə görə, G7 çərçivəsində bu istiqamətdə əməkdaşlıq da zəifləyib. Onların fikrincə, yaranmış vəziyyətdə Aİ və ABŞ-ın yeni sanksiyalar paketi ilə bağlı razılığa gəlməsi qeyri-müəyyən görünür.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiyalar paketini qəbul edib və bu paketlə məhdudiyyətlərə məruz qalan hüquqi və fiziki şəxslərin sayı 2400-ü keçib.
Bundan əvvəl Trampın yaxın bir həftə ərzində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırdığı bildirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
124
50
olaylar.az

10Sources