EN

Hidrogen bombasının "atası" vəfat etdi

Amerikalı fizik və ilk Amerika hidrogen bombasının yaradıcılarından biri olan Riçard Lourens Qarvin 97 yaşında vəfat edib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Qarvin mayın 13-də Nyu-Yorkun Skarsdeyl şəhərindəki evində dünyasını dəyişib.

Qeyd edək ki, o, 1928-ci il aprelin 19-da Klivlenddə anadan olub. 21 yaşında Nobel mükafatı laureatı fizik Enriko Ferminin rəhbərliyi altında doktorluq dissertasiyasını müdafiə edib. Daha sonra o, laboratoriyaya (Robert Oppenheymerin atom bombası üzərində işlədiyi yerdə) işə dəvət olunur. Orada, 1951-ci ildə ilk effektiv termonüvə bomba dizaynını yaradır. Həmin vaxt onun cəmi 23 yaşı var idi.

Ağarza Elçinoğlu

Chosen
28
12
unikal.az

10Sources