Bu il dekabrın 1-nə Azərbaycanda 1 507 494 vergi ödəyicisi olub ki, bu da ötən il dekabrın 1-nə nisbətən 7,7% çoxdur.
İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, vergi ödəyicilərinin 87,3%-i fiziki şəxslər, 12,7%-i hüquqi şəxslər və digər təşkilatlar olub.Son 1 ildə fərdi sahibkarların sayı 7,5%, şirkətlərin sayı isə 9% artıb.