EN

Sahibə Qafarova Papanın dəfn mərasimində Azərbaycanı təmsil edəcək

Roma Papasının dəfn mərasimində Azərbaycanı kimin təmsil edəcəyi məlum olub.

Milli Məclisin sədri Sahibə Qafarova 25-26 aprel tarixlərində Vatikana səfər edəcək.

Operativ Media xəbər verir ki, parlament sədrinin səfərinin məqsədi Müqəddəs Taxt-Tacın başçısı, görkəmli din xadimi Roma Papası Zati-müqəddəsləri Fransisk Həzrətlərinin dəfn mərasimində iştirak etməkdir.

Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib.

Apa

Chosen
171
50
operativmedia.az

10Sources