EN

Böyük Britaniya Aİ ilə mühüm müdafiə sazişi imzalamağa yaxındır

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa İttifaqı iləpost-Brexit dövründə əhəmiyyətli müdafiə razılaşması əldə etməyəyaxındır.

Trend-in verdiyiməlumata görə, razılaşma çərçivəsində Britaniya silahistehsalçıları Avropa müttəfiqlərinə milyardlarla funt sterlinqdəyərində silah satışı üçün Aİ-nin tenderlərində iştirak etməkhüququ əldə edəcəklər.

Saziş Avropa Komissiyasının təqdim etdiyi 150 milyard avroməbləğində yeni müdafiə fondunu əhatə edir. Bu fond vasitəsilə Aİölkələrinin ABŞ istehsalçıları əvəzinə Avropa istehsalçılarınıdəstəkləməsi planlaşdırılır.

Yeni müdafiə sazişi Britaniyanın Aİ-yə öz balıqçılıq sularınaçıxışla bağlı ciddi güzəştə getməsi fonunda əldə olunub. Bu addımtənqidçilər tərəfindən “Brexit” prinsiplərinə zidd və millimaraqlara xəyanət kimi dəyərləndirilib.

Qeyd edək ki, Avropa İttifaqı ötən ay "Readiness 2030" adlıtəhlükəsizlik strategiyasını açıqlayıb. Strategiya Aİ-nin ABŞ-danmüdafiə asılılığını azaltmaq, büdcə məhdudiyyətlərini yumşaltmaq vəAİ daxilində müdafiə texnikası alışını genişləndirməyihədəfləyir.

Chosen
160
34
az.trend.az

10Sources