Bakıda bədbəxt hadisə baş verib.
Hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, Salyan rayon sakini, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Ağarza Rahil oğlu Bağırov elektrik dirəyinə çıxıb.
Nəticədə onu cərəyan vuraraq öldürüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Bakıda elektrik dirəyində cərəyan vuraraq ölən şəxs ev dustağı olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Ağarza Rahil oğlu Bağırovun meyitinin müayinəsi zamanı onun ayağında elektron qolbaq aşkar edilib.