EN

Bakıda elektron qolbaqla gəzən məhkumu “tok” vurub öldürdü

Bakıda bədbəxt hadisə baş verib.

Hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, Salyan rayon sakini, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Ağarza Rahil oğlu Bağırov elektrik dirəyinə çıxıb.

Nəticədə onu cərəyan vuraraq öldürüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Bakıda elektrik dirəyində cərəyan vuraraq ölən şəxs ev dustağı olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Ağarza Rahil oğlu Bağırovun meyitinin müayinəsi zamanı onun ayağında elektron qolbaq aşkar edilib.

Chosen
161
11
azpost.info

10Sources