
“Anewz” televiziyasının direktoru Rüfət Həmzəyev “Real TV”nin aparıcısı Vəfa Ağabalayeva ilə ailə qurub.Bu haqda “Bakupost” məlumat yayıb.Belə ki, V.Ağabalayeva bugünkü efirə Həmzəyeva soyadı ilə çıxıb.Qeyd edək ki, Rüfət Həmzəyev 2020-ci ilin fevralından 2024-cü ilin iyulunadək “AzTV”nin sədr müavini postunda çalışıb. Vəfa Ağabalayeva da “Real TV”dən öncə “AzTV”də işləyib.Bu, hər iki şəxsin ikinci evliliyidir.