EN

Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı Prezident və Birinci vitse-prezidentə təşəkkür edib

Hüquq müdafiəçiləri jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılması ilə bağlı Prezident və Birinci vitse-prezidentə təşəkkür ediblər.

 

Qrupun məlumatında deyilir:

 

“Hüquq müdafiə Təşkilatları Monitorinq Qrupunun jurnalist Şahnaz Bəylərqızının sağlamlığı nəzərə alınaraq ev dustaqlığına buraxılması xahişini diqqətdə saxlayıb bu gün onu ailəsinə qovuşdurduğuna görə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk. Biz öz fəaliyyətimizdə daima konstruktiv dialoqun tərəfdarı olmuşuq və bundan sonra da fəaliyyətimizdə əlimizdən gələni edəcəyik”.

 

Xatırladaq ki, fevralın 26-da Xətai Rayon Məhkəməsi Ş.Bəylərqızı barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib.

Tarix: 26 Fevral 2025, 17:36   
Chosen
217
13
pravda.az

10Sources