EN

Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu

Bakı. Trend:

Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsininvaxtı məlum olub

Trend xəbərverir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın17-nə təyin olunub.

Qeyd edək ki, cinayət işi üzrə ittiham aktı AzərbaycanRespublikasının Baş Prokuroru tərəfindən dekabrın 16-da təsdiqedilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinəgöndərilib. İş Bakı Hərbi Məhkəməsində hakim, məhkəmənin sədriZeynal Ağayevin icraatına verilib.

Baş Prokurorluğun Mətbuat xidməti Ermənistan Respublikası vəonun Silahlı Qüvvələri, Ermənistan Respublikasının bilavasitəhərtərəfli dəstəyi ilə Azərbaycan Respublikasının ErmənistanRespublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmışqondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlıbirləşmələri tərəfindən Azərbaycan Respublikasına qarşı törədilmişqanunsuz əməllərinə dair cinayət işinin məhkəməyə göndərilməsibarədə məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikası və xalqına qarşıtörədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinədigər cinayətlər, müharibə cinayətləri, terrorçuluq vəterrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərintörədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının BaşProkurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqıaparılıb.

Bildirilir ki, 2 may 2024-cü il tarixdə AzərbaycanRespublikasının Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabrayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin birqismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaqqurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatdabirləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğununrəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlərNazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğunmüstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrəErmənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlıbirləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç),Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki,İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), MnatsakanyanLyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, StepanyanQurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli(Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyəcinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəniplanlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalqmüdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə),103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110(insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquqnormalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114(muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116(silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarınıpozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192(qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidəntəqsirləndirilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə,bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təminedilib.

Təqsirləndirilən şəxslər vəkillə təmin edilib.

Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmayaprosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasındaməhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiriseçilib.

Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaqtamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmişvəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyintələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib,iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digəriştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumatverilib, onlar cinayət işinin bütün materialları ilə tanışedilib.

Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digərşəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidaiistintaq davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi iləəlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahidqismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisindəolmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasınınaidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.

Chosen
74
35
az.trend.az

10Sources