EN

Qarabağ və Şərqi Zəngəzur gələcəkdə böyük iqtisadi potensiala malik regionumuz olacaq

“Qarabağ, həm də Şərqi Zəngəzurda böyük quruculuq, bərpa işlərinə başlanılıb. Artıq 30 mindən çox soydaşımız öz yurduna, vətəninə köçüb, orda yaşayır. Bunun çox böyük tarixi əhəmiyyəti var. O torpaqlara geri qayıtmaq bizim mənəvi haqqımız idi, bu dünyada ədalətin bərpa olunması idi”.

Bu sözləri Hit.az-a millət vəkili Aydın Hüseynov deyib.

O bildirib ki,  Qarabağda həyatın bərpa olunması üçün ölkə başçısı tərəfindən böyük proqram qəbul olunub. Böyük Qayıdış dövlət proqramı çərçivəsində görülən işlər təqdirəlayiqdir:

 “Qarabağ və Şərqi Zəngəzur gələcəkdə böyük iqtisadi potensiala malik regionumuz olacaq. Soydaşlarımızın həmin bölgədə təhlükəsiz yaşaması, fəaliyyət göstərməsi baxımından da işlər həyata keçirilir “.

Sevinc

Chosen
166
30
hit.az

10Sources