EN

Sumqayıtda müəllim şağırdi döydü, hadisəni lentə alın şagird isə direktor tərəfindən cəzalandırılır.

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər 38 saylı tam orta məktəbdə müəllim və şagird arasında dava olub.

News365.az xəbər verir ki, 9-cu sinif şagirdi dərs zamanı güldüyü üçün müəllim ona stul atıb. Nəticədə şagird başından xəsarət alıb. İddialara görə şagird təkcə güldüyü üçün deyil, həmdə söyüş söydüyü üçün müəllim onu cəzalandırmaq istəyib. Aidiyyatı qurumlar tərəfindən həm müəllim həmdə məktəbin diektor vəzifəsini müvəqqəti icra edən Aida İsrafilova cəzalandırılıb.

Təssüf ki, bu dəfə də Sumqayıt məktəbi  şagird və müəllimin  uğurlu nəticələri ilə deyil,aralarındakı dava gündəmə çevrildi. Məlumata görə, şagirdlərin dərs zamanı etdikləri zarafat kimya müəlliməsini  əsəbləşdirib və nəticədə müəllim ,9-cu sinif şagirdlərindən birinə stul atıb.

Şagird  və  müəllim  arasında  baş vermiş xoşagəlməz hadisəni  isə şagirdlərdən  biri lentə alıb.

Hələlik görüntülərin  hansı şagird tərəfindən   sosial şəbəkələrdə paylaşıldığı məlum olmasa da,bu şagirdin iddiasına görə məktəbin direktor əvəzi Aida Israfilova ,videoya görə onu təhdid edir. 

Məktəbə yollandıq. Bildirildi ki, hazırda təhsil ocağında  Elm və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır və hadisə ilə bağlı məktəb tərəfindən açıqlama verilmədi.

Xoşagəlməz  hadisə davranış qaydalarının müəllim və şagird tərəfindən pozulması kimi qiymətlərndirilərək müəllim  direktora cəza verilib. 

  Bəs məktəblərdə bu kimi halların baş verməsində kimdir günahkar? Əgər  şagird məktəbə  təhsil almağa,müəllim isə təhsil verməyə gəlirsə  niyə belə hallar məktəblərdə tez-tez  baş verir?

Məlumat  üçün qeyd edək ki, hadisədən sonra şagirdin valideynləri polisə müəllimdən şikayət ediblər  və hazırda  sözügedən təhsil müəssisində araşdırmalar davam etdirilir. 

RƏŞAD VƏKİLOĞLU-MÜXBİR


Chosen
45
2
news365.az

10Sources