EN

Fəridə Hacıyeva: "Bəzi bələdiyyələrdəki gender komissiyaları formal xarakter daşıyır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələrin hər birində gender komissiyaları yaradılıb".
Oxu.Az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin məsləhətçisi Fəridə Hacıyeva "Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi" mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bələdiyyələrin bir qismində bu komissiyalar iş görsələr də, bəziləri formal xarakter daşıyır:
"Gender komissiyaları yaradılmasına baxmayaraq, bəzi bələdiyyələrdə bu, formal xarakter daşıyır. Bunu bilmək lazımdır ki, bələdiyyələr yerli özünü idarəetmə qurumu kimi, əhali ilə birbaşa təmasda olmalıdır. Lakin onların işlərində bəzi problemlərin olması reallıqda bunun olmasına gətirib çıxarmır".
F.Hacıyeva qeyd edib ki, risk qrupuna daxil olan ailələrin müəyyən edilməsi və onlarla maarifləndirmə tədbirlərinin həyata keçirilməsi yaxşı nəticələrin əldə olunmasına səbəb ola bilər.
Aygün Mirakif
Chosen
218
50
oxu.az

10Sources