Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı yaradılacaq. Manset.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli jurnalistlərə müsahibəsində deyib. Ə. Ələkbərli bildirib ki, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın ikinci günündə keçirilən ağacəkmə aksiyasında hər bir qonağın adına ağac əkilib: "Bu ənənə növbəti illərdə də davam etdiriləcək. Bu ərazidə böyük Qərbi Azərbaycan parkı yaradılacaq".