EN

Azərbaycanda zəlzələ oldu

Cəlilabad stansiyasından 13 km şimalda, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Avtosfer.az-a verilən məlumata görə, yerli vaxtla saat 17:07-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.3-ə bərabər olub.

Zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Chosen
106
24
avtosfer.az

10Sources