EN

Planetimizin gələcəyi Azərbaycanda müzakirə ediləcək

İqlim dəyişmələri coğrafi təbəqədə gedən proseslərə və ekosistemlərə əhəmiyyətli təsir göstərə bilir. Bu dəyişmələr nəticəsində buzlaqların əriməsi, okean və dənzilərin səviyyəsinin qalxması, biomüxtəlifliyin pozulması, təbii fəlakətlərin və onların başvermə intensivliyinin artması, insanların sağlamlığında problemlərin yaranması və s. fəsadlar müşahidə edilir. Bu baxımdan iqlim dəyişmələrinə hazır olmaq, bununla bağlı baş verə biləcək mənfi hallara uyğunlaşmaq və yarana biləcək problemlərin ağırlıq dərəcəsinin azaldılmasına nail olmaq üçün önləyici tədbirlərin görülməsi zəruridir. Məlumdur ki, ötən ilin dekabrın 11–də COP28-in plenar iclasında Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi etməsi ilə bağlı qərar verilib. Bununla Azərbaycanda növbəti qlobal miqyasda tədbir keçiriləcək. Noyabrın 11-22-də Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir. Planetimizin gələcəyi Azərbaycanda müzakirə ediləcək. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir: “Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir”.

Azərbaycanda vətəndaş cəmiyyəti də COP29-un təbliğat və tanıtımı naminə həmrəylik nümayiş etdirir. Artıq 80 ölkədən 370-dən çox xarici QHT-ni sıralarında birləşdirən “COP29 QHT Koalisiyası” yaradılıb. Yerli QHT-lər xarici QHT-lərlə birgə COP29-la əlaqədar birgə layihə icra edir. Artıq COP29-a dünyanın bütün yerlərindən olan vətəndaş cəmiyyəti qurumları dəstək verir. Mütəmadi olaraq Azərbaycan və xarici ölkə QHT-lərinin iqlim dəyişmələrinə qarşı mübarizə mövzusunda görüşləri keçirilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi elan edib. Bu müsabiqənin qalibi olan QHT-lər hazırda COP29-la bağlı kreativ layihələr icra edirlər. Ayrıca Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən də COP29-la bağlı məlumatlandırma tədbirləri, infoturlar, marafonlar və s. keçirilir.

Bu gün COP29 nəinki Azərbaycan, ümumiyyətlə, bütün dünyanın gündəmindədir. Biz müşahidə edirik ki, müxtəlif ölkələrdə də artıq COP29-la bağlı tədbirlər keçirilir. Və çox müsbət haldır ki, hər zaman olduğu kimi, dünya azərbaycanlıları da COP29-la bağlı təbliğat, təşviqat işlərinin görülməsinə öz töfvəsini verirlər. Bu fəaliyyətlər bir neçə istiqamətdə aparılır. Əlbəttə ki, öncəliklə burada tanıtım, təbliğat işləri görülür, yəni bu da media vasitəsi ilə aparılır.

Digər bir fəaliyyət istiqaməti məlumatlandırma xarakteri daşıyır. Belə ki, biz bir sıra ölkələrdə, xüsusən gənclərin COP29-la bağlı məlumatlandırılması tədbirlərinə rast gəlirik. Bu tədbirlərdə, seminarlarda həm azərbaycanlı gənclər iştirak edir, eyni zamanda müxtəlif ölkələrdə yaşayan yerli xalqların nümayəndələri də iştirak edir. Məqsəd COP 29-un əhəmiyyətini anlatmaqdır. Bu tədbirlərdə Azərbaycanın dünyada iqlim dəyişikliyinə verdiyi töhbədən bəhs olunur. Daha bir fəaliyyət istiqaməti, “Yaşıl dünya naminə həmrəyilik ili” ilə bağlıdır. Bu il Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəyilik ili” elan olunub. Bu il çərçivəsində xaricdə yaşayan azərbaycanlılar da müxtəlif istiqamətdə tədbirlərə keçirirlər. Bundan başqa, soydaşlarımız “Yaşıl dünya naminə həmrəyilik ili” çərəçivəsində ağacaəkmə aksiyası keçirirlər. Hətta Misirdə, Rusiyada və s ölklərdə soydaşlarımız belə bir aksiya keçiriblər. Bu aksiyalarda iştirak edən əcnəblərə də COP-29-la bağlı məlumat verilir. Bütün bunların hamısı bir daha göstərir ki, xaricdəki soydaşlarımız da hər zaman olduğu kimi, Azərbaycanla birgə nəfəs alırlar. Ölkəmizdə keçiriləcək bu beynəlxalq tədbirə onlar da öz qatıqlarını göstərirlər.

COP29 yalnız Azərbaycan üçün deyil, dünya miqyasında əhəmiyyətli bir tədbirdir. Dünya azərbaycanlıları bu beynəlxalq tədbirin, ölkənin iqlim dəyişikliyi ilə mübarizədəki rolunu vurğulamaqda və dünya ictimaiyyətini məlumatlandırmaqda aktivdir. Bu fəaliyyətlər, həmçinin soydaşlarımızın birliyini və ölkəyə bağlılığını nümayiş etdirir.

 

 

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə

Chosen
307
azerforum.com

1Sources