EN

İngiltərə nəhənginin xalları silinəcək?

"Tottenhem"in İngiltərə Premyer Liqasında 10 xalı silinə bilər.

Publika.az xəbər verir ki, buna London təmsilçisinin futbolçusu Cermeyn Defonun 2008-ci ildə "Portsmut"a transferi zamanı yol verilən qayda pozuntuları səbəb ola bilər. Bu barədə "The Times" məlumat yayıb.

"Tottenhem" sabiq hücumçusunu 8,5 milyon avroya satıb. Danışıqları aparmaq üçün lisenziyasız agent Mitçell Tomasdan istifadə edib. Bu keçiddə iştirak edən digər agent Stüart Petersin isə müqaviləsi olmayıb.

İngiltərə Futbol Assosiasiyası (FA) qayda pozuntusundan xəbərdar olsa da, 2010-cu ildə londonlulara sanksiya tətbiq etməyib. Bununla belə, həmin il "Luton Taun" oxşar pozuntuya görə 10 xaldan məhrum edilib. Hazırda assosiasiya bu işə yenidən baxmağı nəzərdən keçirir.

Chosen
467
17
publika.az

10Sources