ABŞ Rusiya sülhməramlılarına alternativ təklif etməyə hazırdırABŞ Dövlət Departamenti hesab edir ki, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlıları dəyişdirilməlidir.Bakıvaxtı.az xəbər verir ki, bu açıqlama ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen çıxış edib."Hazırda Rusiya qoşunları oradadır, 2020-ci il atəşkəs bəyanatına əsasən, bu, onların ilk müddətidir. Əgər bu ölkələr (Ermənistan və Azərbaycan) üçün alternativ olarsa, artıq Rusiya sülhməramlılarının iştirakına ehtiyac qalmayacaq. Onlar sülhməramlılar kimi öz vəzifələrini yerinə yetirə bilmədilər”, - diplomat ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı dinləmələrdə çıxış edərkən bildirib.O əlavə edib ki, ABŞ Rusiya sülhməramlılarına alternativ təklif etməyə hazırdır. “Ən yaxşı yanaşma hər iki ölkəyə alternativ verməkdir – bizimlə və Qərblə işləmək”, - ABŞ dövlət katibinin köməkçisi bildirib.Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, ABŞ-ın “şifahi müdaxilələri” ilə müqayisədə Rusiya və Rusiya sülhməramlıları həqiqətən də Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirak edirlər. Sentyabrın 19-da Qarabağda vəziyyətin növbəti gərginləşməsindən bəri Rusiya münaqişə tərəflərini qan tökülməsini dayandırmağa və diplomatik həll yoluna qayıtmağa çağırıb. Məhz Rusiya sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 20-də verdiyi məlumata görə, Bakının sentyabrın 19-da Qarabağda başlatdığı antiterror tədbirlərinin dayandırılması ilə bağlı razılıqlar əldə edilib.