Bakı. Trend:
Bu ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52milyar 315 milyon dollar olub.
Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Ticarət Nazirliyindənbildiriblər.
Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin iyul ayında Türkiyəninixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 13,8 faiz artaraq 22milyard 510 milyon dollar, idxalı isə 7,8 faiz azalaraq 29 milyard805 milyon dollar olub.
“Bu ilin yanvar - iyul ayında Türkiyənin xarici ticarətdövriyyəsi 347 milyard 414 milyon dollara çatıb” –deyə nazirlikdənbildirilib.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617milyard 551 milyon dollara çatıb.
2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü iləmüqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5faiz azalaraq 361 milyard 774 milyon dollar olub.