AZ

Almaniya Ukraynaya dəstəyin azalması ilə bağlı xəbərləri təkzib edir

Almaniya Ukraynaya dəstəyini azaltmayacaq.

Bu barədə ölkənin Maliyyə Nazirliyinin mətbuat katibi Fabian Leberin bəyanatından məlum olub.

“Biz Ukrayna ilə çiyin-çiyinə dayanmağa davam edirik və bu xüsusilə maliyyə naziri Kristian Lindnerə aiddir. O deyir ki, biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik”, – Leber bildirib.

Beləliklə, o , Ukraynanın Almaniyadan 3,87 milyard avro hərbi yardım ala bilməyəcəyi hakim koalisiyada yaranan mübahisələrlə bağlı xəbərləri təkzib edib.

Seçilən
222
32
aznews.az

10Mənbələr