AZ

Trampın seçki ofisinə oğru girib

Virciniya ştatında Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki ofisinə oğru girib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Trampın Virciniya ştatının Eşbern şəhərindəki seçki ofisinə oğru girdiyi bildirilib.

Oğurluğun Trampın seçki kampaniyası tərəfindən icarəyə götürülən ofisdə baş verdiyi, şübhəlinin bir şey oğurlayıb-oğurlamadığının araşdırıldığı qeyd olunub.

Polis araşdırmalara başlasa da, Trampın seçki komandası hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Zərifə Nağıyeva 

Seçilən
291
14
unikal.az

10Mənbələr