AZ

"ASALA"dan Paşinyana və erməni cəmiyyətinə MESAJ: "Terror törədilməsi mümkündür" - DETALLAR

ASALA terror təşkilatı yeni video yayıb və üzü bağlı olan terrorçular Qarabağda baş verənlərə görə günahın Nikol Paşinyanda olduğunu və onun cəzalandırılacağını bəyan ediblər.

Bəs görəsən, "ASALA"nın Paşinyanı hansı formada cəzalandırması mümkündür? Ümumiyyətlə, Ermənistan Baş nazirinə qarşı terror hücumu həyata keçirilə bilərmi? 

Mövzunu "MediaPost"a şərh edən politoloq Faiq Ələkbərli bildirib ki, Paşinyanı hədələyənlər təkcə ona mesaj ötürmürlər: ASALA və digər terror təşkilatları həm də Paşinyanı dəstəkləyən erməni cəmiyyətinə mesaj verirlər. Bununla da demək istəyirlər ki, erməni cəmiyyətində Paşinyanı dəstəkləyənlərin aqibəti heç də yaxşı olmayacaq. Onların fikrincə, ermənilərin şovinist düşüncələri geriləyib və bunu yenidən dirçəltmək lazımdır.

alt

Bu mənada əsas mesaj Paşinyandan daha çox erməni cəmiyyətinə və oradakı şovinistlərədir. Terrora bənzər müəyyən addımların atılması mümkündür. Çünki bunu edənlər revanşist qüvvələrdir. Onların əsas hədəfi isə erməni cəmiyyətində müəyyən dəyişikliklərə səbəb olmaqdır".

Politoloqun sözlərinə görə, bu kimi addımlar Ermənistan cəmiyyətində millətçiliyi və şovinizmi yenidən qızışdıra bilər: "Artıq erməni cəmiyyətində böyük bir ruh düşkünlüyü var. Odur ki, revanşist qüvvələr terror aktları həyata keçirməklə cəmiyyəti yenidən diriltməyə çalışırlar. Ancaq onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki erməni şovinizmi indiki dönəmdə heç bir şey əldə edə bilməz. Artıq bölgədə Avropa və Rusiyanın ciddi nüfuzu qalmayıb. ASALA kimi terror qrupları ancaq bir-birilərinə qarşı hücuma keçirlər. Bununla öz cəmiyyətlərində dəyişiklik etməyə çalışsalar da, heç nə edə bilməyəcəklər. Çünki bu təşkilatlar artıq tarixin arxivinə atılıblar".
 

Müşviq Tofiqoğlu

Seçilən
273
23
mediapost.az

10Mənbələr