AZ

Paşinyan Çexiyanın Baş nazirini Milli Günü münasibətilə təbrik edib

Paşinyan Çexiyanın Baş nazirini Milli Günü münasibətilə təbrik edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiyanın Baş naziri Petr Fialanı Çexiyanın Milli Günü münasibətilə təbrik edib.

Sonxeber.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

"Sizi Çexiyanın milli bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hazırda Ermənistan və Çexiya arasında dövlətlərarası münasibətlərin fəallaşdığını qeyd etməkdən məmnunam. Mən bu ilin may ayında Çexiyaya rəsmi səfərim çərçivəsində keçirdiyimiz görüşümüzü və konstruktiv müzakirəmizi böyük məmnuniyyətlə xatırlayıram.Mən Çexiyanın Ermənistanda demokratik islahatlara dəstəyini, o cümlədən demokratik islahatların qurulması və möhkəmləndirilməsi prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirirəm. Fürsətdən istifadə edərək, sizə yeni uğurlar, dost Çexiya xalqına sülh və firavanlıq arzulayıram", - deyə Ermənistanın Baş naziri bildirib.

Seçilən
716
6
sonxeber.az

10Mənbələr