AZ

Kompyüterdə oynamaq üçün məsciddəki nəzir qutusunu oğurladı

Dağıstanın Kizlər şəhərininn gənc sakini məsciddən pul olan ianə qutusunu oğurlayıb.

Editor.az xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Polisə 57 yaşlı dini qurum rəhbərindən oğurluqla bağlı şikayət daxil olub. İşçilər oğurluqda gənc icma üzvündən şübhələniblər.

O, polis bölməsinə aparılıb və törətdiyi cinayəti etiraf edib. Qutuda təxminən 6 min rubl olduğu qeyd edilir. Gənc bütün pulları kompyüter klubunda xərclədiyini deyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
669
6
editor.az

10Mənbələr