AZ

Sabirabadda DƏHŞƏTLİ qəza - xəsarət alanlar var 

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var.

Referans.az-ın məlumatına görə, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 2016-cı il təvəllüdlü Qobustan rayon sakini Dəmirli Ayan və 1966-cı il təvəllüdlü Ağayev Kamran Rüstəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
62
21
referans.az

10Mənbələr