AZ

HadisəZərdabda Birinci Qarabağ müharibəsinin şəhidi Zakir İsaqov dəfn edilib - FOTO

SİZİN REKLAM BURADA!055 213 76 73

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Zakir Nüsrət oğlu İsaqovla Zərdab rayonunun Təzəkənd kəndində vida mərasimi keçirilib.

BAKU.WS-in Report-a istinadən məlumatına görə, şəhidin nəşi Zərdab rayonunun Təzəkənd kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Zərdab Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Zakir Nüsrət oğlu İsaqov 1958-ci il noyabrın 19-da Zərdab rayonunun Təzəkənd kəndində anadan olub. O, 1992-ci il sentyabrın 24-də Ağdərə rayonunun Çıldıran kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

BAKU.WS QALEREYA

Seçilən
157
14
far.az

10Mənbələr