Türkiyənin Aydın vilayətində tibbi işçisi olan Nəzifə Çələbinin gəlinliyə bükülmüş tabutu işlədiyi qurumun qarşısına gətirilib və həmkarlarından hallalıq istənilib.
Azmedia.Az xəbər verir ki, Nəzifə Çələbi səhhətində qəfil narahatlıq keçirdikdən sonra aparıldığı xəstəxanada dünyasını dəyişib.
40 yaşlı Çələbinin kədərli xəbəri başda ailəsi olmaqla səhiyyə ictimaiyyətində böyük kədərə səbəb olub.